BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
10558

"Ölkəyə məhsul idxal edən sahibkarlar həmin məmurlarla gəlirinin bir hissəsini bölüşməli olurlar”.

Valyuta.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov son aylarda ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətinin kəskin artmasından danışarkən deyib. Ekspert bunu monopoliya ilə əlaqələndirib:

"İstəsək də, istəməsək də, bazaar iqtisadiyyatıdır. Bazar iqtisadiyyatının öz qanunları var. Təklif azalırsa, qiymət artır. Təklif artırsa, qiymət enir. Bu, bazar iqtisadiyyatının qaydasıdır. Düzdür, Azərbaycanda bazar iqtisadiyyatından kənara da çıxırlar. Bu monopoliyadır. Ölkədə monopoliya var. Monopoliya nədən yaranır? Hər hansı kənd təsərrüfatı və ərzaq məhsulunun istehsalı azalır və həmin məhsulların xaricdən gətirilməsində maraqlı olan qüvvələr yaranır.

Əlbəttə, yuxarıların izni olmadan heç kim hansısa ölkədən soğan, kartof belə gətirə bilməz. Dövlət məmurlarının da monopoliyada iştirakı ölkəyə idxal edilən məhsulun qiymətini artırır. Ölkəyə məhsul idxal edən sahibkar həmin məmurlarla gəlirinin bir hissəsini bölüşməli olurlar. Ona görə də onlar çalışır ki, xaricdən ucuz aldığı məhsulu daxildə daha baha satıb, məmurun da tələbini ödəsin. Bax, bahalaşmanın əsas səbəbləri də budur”.  
 

Vahid Məhərrəmovun fikrincə, Kənd Təsərrüfat naziri öz işinin öhdəsindən gələ bilmir:

"Vəzifəyə kimlər gətirilir? Melorasiya və Su Təsərrüfatı ASC-yə cavan bir oğlan gətirdilər. Sahədən bixəbərdir, suyu yalnız krandan gələndə görüb. Su təsərrüfatı da mürəkkəb sahədir, amma kənd təsərrüfatı daha mürəkkəbdir. Kənd Təsərrüfatı Nazirliyinə gələn hüquqşünas özü ilə bərabər ASAN xidmətdən çox asan şəkildə ora-bura kağız daşıyan əməkdaşları da gətirib. Əsas mütəxəssis olmalıdır.

Onun idarə qabiliyyəti də əlbəttə ikinci dərəcəli olmalıdır. Bizim şou-biznesdə müğənnilər var. Müğənnilərin birini aparıb Kənd Təsərrüfatı naziri qoysalar, bu sahə daha inkişaf edərdi, nəinki indiki hüquqşünas. Gedib heç olmasa yerlərdə əhalini şənləndirərdi”.

Qeyd edək ki, son illərdə ərzaq məhsulları 48 faiz, qeyri-ərzaq məhsulları 37 faiz, pullu xidmətlər 22,4 faiz bahalaşıb.
 
Ərzaq məhsulları arasında ən yüksək bahalaşma tərəvəzlərdə qeydə alınıb. Son 5 ildə tərəvəzlərin qiyməti 62,3 faiz yüksəlib. Bu dövrdə kərə və bitki yağları 58,93 faiz, çay, qəhvə və kakao 56,8 faiz, meyvələr 45,5 faiz bahalaşıb. Mühüm ərzaq məhsullarından olan çörək və çörək məhsullarının qiyməti 32,5 faiz, ət və ət məhsullarının dəyəri 38,8 faiz yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Startaplar üçün vençur studiya yaradıldı - Hansı imkanlar var?

MTK-ların qanunazidd qaraj biznesi: Bir parkinq yeri 25 min manata satılır

Bakıda “Maşın bazarı”nda etiraz - VİDEO

Daha bir yüksək vəzifəli məmur yola salınır

Sabiq məmur övladlarının Londondakı şirkətləri maliyyə hesabatlarını açıqlayıblar

Aprelin pensiyası bu tarixdə ödəniləcək - RƏSMİ

Bank, yoxsa BOKT: Hansı daha sərfəlidir?

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparır

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparır

Nazir onlara vəzifə verdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin