İnflyasiya gözlənilmir, amma müvəqqəti qiymət artımı olacaq – İDDİA
FED rəhbəri Cerom Pauel qlobal səviyyədə inflyasiyanın olmayacağını, amma müvəqqəti də olsa, qiymət artımları ilə üz-üzə qalacaqlarını bildirib.
Valyuta.Az Anadolu Agentliyinə istinadən xəvər verir ki, FED rəhbəri Pouel Beynəlxalq Valyuta Fondu ilə Dünya Bankının təşkil etdiyi birgə mətbuat konfransında dövlətlərə maliyyə dəstəyinin verilməsi və vaksinasiya prosesi ilə qlobal iqtisadiyyatın yenidən dirçələcəyinə inandığını bildirib.
Pouel bildirib ki, istənilən halda vaksinasiya prosesinə və sosial məsafə qaydalarına riayət edilməlidir:
“Unutmayaq ki, iqtisadiiyatın əvvəlki vəziyyətə dönməsi pandemiyanın gedişatından asılı olacaq”.
Qeyd edək ki, FED rəsmisi müvəqqəti qiymət artımlarının inflyasiyadan daha yaxşı olduğunu bildirib.
Kamran Xəlil
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay