Xarici valyutaların məzənnələrində son vəziyyət – BİRJALAR
EURO/USD və GBP/USD məzənnələrində də yenidən ucuzlaşmağa baş verir.
Valyuta.az İnvestaz.az-a istinadən xəbər verir ki, bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 11:30-da Almaniyadan, 12:30-da isə İngiltərədən tikinti sektoruna dair önəmli fundamental göstəricilər yayımlanacaq.
USD/TRY və USD/JPY məzənnələrində isə stabilləşmə müşahidə edilsə də, USD/RUB qiyməti daha da bahalaşıb.
İnvestorlar Lirə üzrə qərarlarında gələn həftə açıqlanacaq TCMB-nin növbəti faiz qərarını gözləyir, Yuan ev təsərrüfatlarında xərclərin azalması xəbərindən mənfi təsirlənib, Rubl isə inflyasiya təzyiqləri ilə beş ayın minimumuna düşüb.
Qızıl və bitkoinin qiyməti isə dollardaki trend ilə müsbət korrelasiya yaratmaq üzrədir. Bir unsiya üzrə qiymətin bahalaşmaqda davam edəcəyi, BTCUSD məzənnəsi üçün isə 57.000 dollar müqavimətin önəmli sınaq olacağı proqnozlaşdırılır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay