Dünya
06.04.2021 / 17:59
“AstraZeneca” vaksini qanda tromb yaradır? - Agentlik
10393
Avropa Dərman Agentliyi "AstraZeneca" şirkətinin yeni növ koronavirusa (COVİD-19) qarşı vaksini ilə bağlı araşdırmanın nəticəsini açıqlayıb.
Valyuta.az-ın Modern.az-a istinadən verdiyi xəbərə görə, Agentlik peyvənd vurulan şəxslərin qanında müşahidə olunan ciddi tromblaşmanın vaksinlə əlaqəli olduğunu açıqlayıb.
Qeyd edək ki, İngiltərədə "Oxford-AstraZeneca" vaksini vurulan 18,1 milyon insandan 30 nəfərinin qanında tromb yarandığı bildirilmişdi. İngiltərə Dərman və Sağlamlıq Məhsulları Tənzimləmə Qurumu 30 nəfərdən 7-nin martın 24-də öldüyünü açıqlamışdı.
Xatırladaq ki, Niderland "AstraZeneca" vaksinindən istifadəni tamamilə dayandırdığını açıqlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay