
06.04.2021 / 17:12
Bu il Azərbaycan iqtisadiyyatı 2,3% böyüyəcək - IMF
10385
2021-ci ildə Azərbaycanda 2,3%, 2022-ci ildə isə 1,7% iqtisadi artım gözlənir.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu proqnozla Beynəlxalq Valyuta Fondu (IMF) “Global Economic Outlook” hesabatının aprel buraxılışında çıxış edib.
Qeyd olunub ki, ötən il Azərbaycan iqtisadiyyatı 4,3% azalıb.
Bundan başqa, bu il Azərbaycanda illik inflyasiya 3,5%, gələn il isə 3,2% olacaq. Ötən il bu göstərici 2,8% olub.
IMF həmçinin 2021-ci ildə Azərbaycanda işsizlik səviyyəsinin azalacağını proqnozlaşdırır.
2020-ci ildə 6,5% təşkil etmiş sözügedən göstəricinin bu il 5,8%, gələn il isə 5,7% olacağı gözlənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay