BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
10331

Azərbaycanın qeyri-neft sektorunda ixracat potensialı və gəlirlilik səviyyəsinə görə önəmli sahələrdən biri də xurma istehsalı sahəsidir. Təsadüfi deyil ki, bu ilin yanvar-fevral aylarında ölkədən xaricə ixrac edilən məhsulların siyahısında xurma məhsulu dəyər çəkisinə görə 27,9 milyon ABŞ dolları təşkil etməklə üçüncü olub. Qeyd edək ki, bu rəqəm 2020-ci ilin müvafiq dövründə ixrac edilən xurmanın ümumi dəyəri ilə müqayisədə 2 dəfəyə yaxın artım nümayiş etdirir.

Lakin ölkədə və dünyada pandemiyanın yayılması bir çox sektorlar kimi xurma istehsalı sahəsinə də təsirsiz ötüşməyə bilməzdi. Burda əsas amil kimi sərhədlərin bağlanması nəticəsində gediş-gəliş və xarici sahibkarlarla əlaqənin zəifləməsini, insanların evdən çıxmasına tətbiq olunan məhdudiyyətləri göstərmək olar.

“Report” pandemiyanın davam etməsi fonunda Azərbaycanın xurma istehsalı və ixracatı sahəsində mövcud vəziyyətlə bağlı Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifovun fikirlərini öyrənib.

Assosiasiya sədri pandemiya ilə əlaqədar xarici bazarlarda satışların aşağı qiymətlə edildiyini bildirib:

“Azərbaycandan Rusiya, Ukrayna, Türkiyə, Moldova və Qazaxıstan bazarlarına xurma ixrac olunur. Lakin bizim ənənəvi bazarımız Rusiya və Ukraynadır. Bu ölkələrdə də pandemiya yayıldığına görə insanların maddi rifahında olan geriləmə qiymətlərə təsir elədi. Həmin ölkələrdə xurmanın yüksək qiymətlə satışı olmadı. Amma istehsalçılar öz məhsullarını ixracatçılara baha qiymətə sata bildilər. Buna görə də ixracatçılar Ukrayna və Rusiya bazarlarında bir qədər ziyanla işlədilər. Yerli bazarda isə fermerlər 2020 və 2021-ci illərdə məhsulu bir qədər baha qiymətə satdılar. Çünki ondan əvvəlki il həm daxili, həm də xarici bazarda qiymətlər yaxşı səviyyədə olmuşdu. Hazırda bu məhsulun ixracı bitib. Amma xarici bazarlarda təzə xurma var və hazırda satılmaqdadır. Paralel olaraq xurma emal edən və qurudan fabriklərin malları da satılır və ixrac olunur”.

Q.Yusifov bildirib ki, Assosiasiya tərəfindən Avropanın müxtəlif ölkələrindəki bazarlara çıxış əldə etmək üçün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) müraciətlər edilib:

“Hazırda xurma ixracı üçün yeni xarici bazarların araşdırması aparılır. Assosiasiya olaraq bir neçə dəfə yeni bazarların tapılmasının vacibliyi haqqında AZPROMO-ya çox geniş məlumat vermişik. Həmin məlumatda qeyd etmişik ki, Rusiya bazarına alternativ olan bazar Almaniya bazarıdır. Çünki dünyada Rusiydan sonra xurmanı ən çox sevən xalq alman xalqıdır. Ona görə də AZPROMO mütləq Almaniya və digər Avropa ölkələrindəki bazarlarla əlaqə yaratmalı, ordakı sahibkarlarla bizim yerli sahibkarları görüşdürməlidir ki, biz yavaş-yavaş Avropa bazarına açıla bilək. Hazırda bu məsələ ilə bağlı cavab gözləyirik. Ümid edirik ki, AZPROMO bu işdə xurma istehsalçısı və ixracatçılarına kömək edəcək. Digər bazarlara da ayaq açmağımız üçün təklif edirik ki, xarici və yerli sahibkarların canlı və ya onlayn görüşlərini təşkil etsinlər, danışıqlar aparsınlar, hətta lazım olduqda bizdən nümunələr də götürüb xaricə göndərsinlər. Çünki ölkədə yeni salınmış bağlar var ki, həmin bağlarda yetişdirilən məhsulların hamısını Rusiya ala bilməyəcək”.

“Artıq xurma bağlarında ağaclar yarpaq açıb. Bir aydan da az müddətdə ağacların çiçəkləmə dövrü başlayacaq. Meyvə bağları qış mövsümünə aid bütün prosedurlardan keçib və biz yeni mövsümün başlamasını gözləyirik”, - deyə Q.Yusifov əlavə edib.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası 2017-ci ildə yaradılıb. Hazırda Assosiasiyanın 300-dən çox üzvü var. Xurma istehsalı və ixracatı sektorunun sistemli fəaliyyət göstərməsinin, istehsal, emal və satış proseslərinin qırılmazlığının, hazır məhsulun saxlanması və loqistikasının təmin edilməsi, kadr hazırlığı və mövcud kadrların ixtisas səviyyəsinin yüksəldilməsi Assosiasiyanın başlıca məqsədlərindəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bazara daha 2 BOKT daxil olur - 1 milyon kapitalla

Neftimizin qiyməti 68 dollara düşüb

Dünyada boşanma sayının ən yüksək olduğu 10 ölkə - SİYAHI

Bir CEO hər şeyi dəyişə bilər?

Bakıda köhnə binaların sökülməsindən sonra mənzillər bahalaşacaq?

Rubl və avro ucuzlaşdı - Günün məzənnəsi

Bakıda mənzil qiymətinə qarajlar satılır - 85 min manat

Kriptovalyuta bazarında yüksəliş müşahidə olunur

Hansı süni intellekt modeli nəyi bacarır? - SƏHƏR OXUSU

Hansı süni intellekt modeli nəyi bacarır? - SƏHƏR OXUSU

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin