“Avronun atası” dünyasını dəyişdi
Kanadalı iqtisadçı, 1999-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, optimal valyuta zonaları nəzəriyyəsinin banisi, "avronun atası" adlandırılan şəxslərdən biri - Robert Mandell 88 yaşında vəfat edib.
"Kolumbiya Universitetinin fəxri professoru Robert Mandell aprelin 4-də ömrünün 89-cu ilində ailəsilə bərabər yaşadığı İtaliyanın Toskana şəhərində dünyasını dəyişib", - deyə Kolumbiya Universitetinin iqtisadi araşdırmalar proqramının direktorunun köməkçisi Sofiya Conson məlumatı təsdiqləyib.
Valyuta.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, R.Mandelli Avropanın vahid valyutası kimi avronun yaradılmasının ideya və intellektual ilhamvericisi hesab olunur. Ötən əsrin 60-cı illərindən başlayaraq o, Ümumavropa İqtisadi və Valyuta İttifaqının yaradılması ideyasını dəstəkləyib və avronun tətbiqi üçün nəzəri zəmin yaradıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay