Süveyş kanalını bağlayan gəminin kapitanı qadın imiş – İDDİA
Martın 24-də Süveyş kanalından keçərkən sahildə ilişib qalan “EverGiver” adlı gəmini idarə edənin misirli qadın olduğu ortaya çıxıb.
Valyuta.Az Sondakika.com-a istinadən xəbər verir ki, gəminin kapitan köməkçisi olan misirli Marva Elselehdar adlı qadın ona qarşı irəli sürülən iddiaları qəbul etmədiyini deyib.
Haqqında yayılan xəbərləri eşidəndə çox təəccübləndiyini deyən M.Elselehdar, sadəcə kapitan köməkçisi olduğunu diqqətə çatdırıb:
“Qəza baş verən zaman gəmini mən idarə etmirdim. Bütün bunlar mənə qarşı irəli sürülən əsassız iddialardır. Düşünürəm ki, mən karyeramda uğurlu olan bir qadın olduğum və ya sadəcə qadın olduğum üçün bu cür iftiralara məruz qalıram”.
Qeyd edək ki, sözügedən gəminin kanalı bağlaması səbəbindən ümumilikdə dünya iqtisadiyyatına 10 milyard dollardan çox ziyan dəymişdi.
Kamran Xəlilov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay