Energetika
02.04.2021 / 17:54
Şahdəniz yatağından əldə edilən gəlirlər azalıb – ARDNF
10199
Cari ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun Şahdəniz qaz və kondensat yatağından əldə etdiyi gəlirləri azalıb.
ARDNF-dan Valyuta.az-a bildirilib ki, yanvar-aprel aylarında bu yataqdan ümumilikdə 29 milyon 166 min ABŞ dollar həcmində gəlir götürülüb.
Ötən ilin analoji dövründə isə bu gəlirlər 150 milyon ABŞ dolları həcmində olub. təşkil edib.
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.
Rövşən Ziya
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay