Dünya
02.04.2021 / 15:22
Dünya fond birjalarında səhmlərin qiyməti bahalaşıb
10178
Mart ayının sonunda dünya fond birjalarında alınıb-satılan bütün səhmlərin ümumi qiyməti rekord həddə, təxminən 106 trilyon dollara çatıb.
Valyuta.az-ın Trend.az-a istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 60 faiz yüksəlib.
Qeyd olunur ki, səhmlərin ümumi qiyməti dünya ölkələrinin ümumi daxili məhsulunu üstələyir.
Mütəxəssislərin fikrincə, 106 trilyonluq səhmlərin 45 trilyonu ABŞ fond birjalarının payına düşür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay