Banklardan alınan Rusiya rublunun həcmi azalıb – RƏQƏMLƏR
Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin banklardan aldığı Rusiya rublunun həcmində azalma müşahidə olunub.
Valyuta.az-ın Mərkəzi Bankının dərc etdiyi hesabata əsasən xəbərə görə, bu dövrdə 302 milyon 721 min rubl alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57% (2,3 dəfə) azdır.
Təkcə fevralda əhali 163 milyon 331 milyon rubl alıb ki, bu da yanvar ayı ilə müqayisədə 17,2% çox, ötən ilin eyni ayı ilə müqayisədə isə 56,8% (2,3 dəfə) azdır.
Bundan əlavə, cari ilin yanvar-fevral aylarında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 2, milyard 83 milyon rubl təşkil edib.
Aparılan hesablamalar bu göstəricinin illik müqayisədə 16% az olduğunu göstərir.
Təkcə fevral ayında əhali banklara 1 milyard 074 min rubl satıb ki, bu da aylıq müqayisədə 6,5% çox, illik ifadədə isə 6,1% azdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay