BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
10132

“Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesusla videokonfrans formatında görüşü zamanı dünyada peyvəndlərin bölüşdürülməsində müşahidə edilən ayrıseçkiliyin məyusluq yaratdığını bildirib”. 

Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov dünyada koronavirus vaksinlərinin ədalətsiz bölgüsünü şərh edərkən bildirib.

Pandemiyaya qalib gəlmək üçün qlobal olaraq virusun lokallaşdırılmasına ehtiyac olduğunu deyən deputat qeyd edib ki, əslində, peyvəndlərin ədalətsiz bölgüsü pandemiyanın ömürünü uzadan əsas amillərdəndir: 

“Artıq Fransa daxil olmaqla bir sıra inkişaf etmiş ölkələr yeni “lock down” tətbiq etmək məcburiyyətində qalıb. Peyvənd nasionalizmi fonunda vaksinlərin ədalətsiz bölgüsü davam edir”. 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına istinad edən V.Bayramov qeyd edib ki,  hələ də dünyanın 36 dövləti 1 doza peyvənd belə əldə edə bilməyib: 

“Bununla yanaşı, simvolik sayda peyvənd alan ölkələrin də sayı kifayət qədər çoxdur”. 

O, “Bloomberg”-in son məlumatlarına da istinad edib: 

“ABŞ-da əhalinin 23.6 faizi (154 milyon doza), Böyük Britaniyada əhalinin 26.2 faizi (35 milyon doza), Çilidə əhalinin 26.9 faizi (10 milyon doza), Birləşmiş Ərəb Əmirliyində əhalinin 38.6 faizi (8.3 milyon doza) vaksaniyada iştirak etdiyi halda Qazaxıstanda əhalinin 0.5 faizi, Belarusda əhalinin 0.4 faizi, Ukraniyada əhalinin 0.3 faizi, Gürcüstan, İran, Əfqanistan, Misir, İraqda daxili olmaqla çoxlu sayda ökələrdə əhalinin 0.1 faizdən azı peyvənddən istifadə edə bilib. Bütövlükdə, indiyədək dünyada 600 miyona yaxın peyvənd bölüşdürülüb. Vaksinasiyadakı ədalətsiz bölgüsü qlobal iqtisadi aktivliyinin bərpasına da maneə olur”. 

Deputat düşünür ki, hər bir ölkənin əvvəlki normal həyata qayıtması üçün əhalisinin ən azı 70 faizinin vaksinasiya olunması vacibdir:

“Digər tərəfdən, hətta bəzi inkişaf etmiş ölkələr növbəti 3-4 ayda bu baryeri keçsələr də belə, bu pandemiyanın sonlanması anlamına gəlməyəcək. Qlobal və milli iqtisadiyyatların normallaşması üçün ədalətli vaksin bölgüsünə və ayrı-ayrı ölkələrdə deyil, bütövlükdə dünyada virusun lokallaşdırılmasına ehtiyac var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək

ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi

İnnovasiya və Təchizat Mərkəzi 2 gündə tenderlərinə 125 mln. manatdan çox ayırdı

"Mozilla" "Gmail" və "Microsoft 365"ə rəqib olur

Ayaz Hüseynov İcra başçısının müavini təyin olunub (Foto)

Ayaz Hüseynov İcra başçısının müavini təyin olunub (Foto)

Laçında Qayğı qəsəbəsini abadlaşdıracaq şirkət kimindir?

Tramp Çinə rüşvət təklif etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin