Energetika
02.04.2021 / 10:12
Dünya bazarlarında neft yenidən bahalaşıb – BİRJA
10126
Dünya fond birjalarında Brent və WTI markalı neftin qiymətində yenidən bahalaşma müşahidə olunur.
Valyuta.az xəbər verir ki, CE London qitələrarası birjasında növbəti ticarət əməliyyatları baş tutub və Brent neftinin qiyməti növbəti dəfə qalxıb.
Belə ki, ticarət əməliyyatının gedişində neftin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 0,05% bahalaşıb. Beləliklə, neftin 1 bareli 64,67 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında qiymət qalxımı baş verib. Bu ilin mayında ixrac etməklə WTI markalı neftin qiymətində 3,62% artım baş verib və 1 barel 61,3 dollar təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay