BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
10119

"OPEC+" ölkələrinin son aylar ərzində neft bazarında ehtiyatlı siyasəti doğru çıxdı, müttəfiqlər gələcək fəaliyyətlərində bu cür çevik bir yanaşma tərzi qoruyub-saxlamalıdırlar.

Valyuta.az-ın "APA-Economics"-ə istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanının enerji naziri Şahzadə Abdel Əziz bin Salman "OPEC+" nazirlərinin toplantısında deyib.

Onun sözlərinə görə, qlobal neft bazarı hələlik bərpa olunmaqdan uzaqdır.

"Bazarın bərpası sübutu mübahisəsiz hala gələnədək ehtiyatlı mövqeyimizi qorumalıyıq", - nazir qeyd edib.

Öncə bildirilirdi ki, "OPEC+" ölkələri müzakirələrdə may ayı üçün neft hasilatı kvotalarının qorunması variantını, lakin iyun ayında tədricən artırılmasını düşünürlər.

Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 13-cü və 14-cü iclaslarında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral, mart və aprel aylarında davam etdirilməsi ilə bağlı razılaşma əldə edilib. Qərarlara əsasən, Azərbaycanın qeyd edilmiş dövr üzrə öhdəliyinin yanvar ayında olduğu kimi 123 min barel həcmində qalacağı nəzərdə tutulub. 

Gündəlik xam neft hasilatı isə 595 min barel səviyyəsində saxlanılacaq. "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 mln. barel təşkil edəcək. 

Xatırladaq ki, bu ilin fevral ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 741 min barel olub. Qeyd olunan həcmlərin 593 min barelini xam neft, 148 min barelini isə kondensat təşkil edib. Bununla da Azərbaycan "OPEC+" razılaşması çərçivəsində öhdəliklərini, demək olar, tam yerinə yetirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin