BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
10107

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizin nəqliyyat qurumlarının rəhbərləri ilə onlayn formatda görüş keçirib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, görüşdə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov, NRYTN yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov iştirak ediblər.

Görüş zamanı ölkənin Vahid Nəqliyyat Strategiyasının hazırlanması və bundan irəli gələn məsələlərin müzakirəsi aparılıb.

Eyni zamanda, işğaldan azad olunan ərazilərimizdə nəqliyyat və rabitə infrastrukturunun bərpası layihələrinin koordinasiyalı şəkildə icrası məsələləri müzakirə predmeti olub.

Rəşad Nəbiyev nəqliyyat sahəsində fəaliyyətin effektivliyinin artırılması, sahəvi nəqliyyat qurumlarının inkişaf strategiyalarının ölkənin ümumi inkişaf strategiyası ilə uzlaşdırılması və nəqliyyat qurumlarının fəaliyyətində qarşılıqlı ahəngdarlığın təmin edilməsi üçün Vahid Nəqliyyat Strategiyasına ehtiyac olduğunu deyib. 

Nazir bildirib ki, bu strategiya nəqliyyat qurumları tərəfindən layihələrin icrasında pərakəndəliyin olmamasını, nəqliyyat növlərinin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsində mövcud çətinliklərin aradan qaldırılmasını, büdcə vəsaitlərindən və torpaq fondundan səmərəli istifadəni təmin edəcək.

Görüş iştirakçıları ölkəmizin nəqliyyat sektorunun hazırkı vəziyyəti, pandemiya dövründəki fəaliyyət və perspektivlər haqqında ətraflı danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək

ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin