BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
10103

“Qazaxıstanın Manqistau vilayətinin limanlarında Xəzər dənizini neft dağılmalarından təmizləmək üçün dəniz xilasetmə xidməti yaratmaq lazımdır”.

Valyuta.az-ın Report.az-a istinadən verdiyi xəbərə görə, bunu Qazaxıstan Senatının deputatı Suindik Aldaşev bildirib.

Onun sözlərinə görə, ötən il Xəzərin Qazaxıstan sektorunda 15 milyon ton neft hasil olunub ki, bunun da 2,2 milyon tonu Aktau limanından nəql edilib: 

“Bundan başqa, 2020-ci ildə Aktau və Kurık dəniz limanlarına 1,2 min dəfədən çox gəmilər daxil olub. 2025-ci ilə qədər bu rəqəmin iki dəfə artacağı gözlənilir”.

S. Aldaşevin fikrincə, bütün bunlar Xəzərin çirklənmə riskini artırır: 

“Bunun üçün də indi Manqistau vilayətinin limanlarında ayrıca bir dəniz əməliyyat və xilasetmə xidməti yaratmaq vacibdir. Xəzər dənizinin çirklənməsinin əsas təhlükəsi hasilat və nəqletmə zamanı neft və neft məhsullarının dağılmasıdır. Bunun üçün də dəniz səthinin çirklənmə sahəsindəki artımın qarşısını almaq və neft dağılmalarını aradan qaldırmaq üçün böyük təşkilati, texniki və texnoloji səylər tələb olunur. Təəssüf ki, bugünkü gün respublikada xüsusi avadanlıq və materiallar ilə təchiz edilmiş, kifayət qədər ixtisaslı və təcrübəli mütəxəssislər, xilasediclər çatışmır”.

Senatorun sözlərinə görə, belə bir xidmətin yaradılmasının digər bir səbəbi də dünya təcrübəsində suda texnogen təhlükəsizliyin təmin edilməsində istifadə edilən metodların yerüstü tədbirlərdən kökündən fərqli olmasıdır: 

“Ölkənin Fövqəladə Hallar Nazirliyində mövcud qüvvələr və vasitələr, o cümlədən operativ xilasetmə qrupları bu cür tapşırıqları yerinə yetirməyə qadir deyillər”.

Senator həmçinin əlavə edib ki, bu cür xüsusi dəniz operativ xilasetmə xidmətləri artıq digər Xəzəryanı ölkələrdə, xüsusən də Azərbaycan, Rusiya və Türkmənistanda yaradılıb və fəaliyyət göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sabiq nazirin qızı Britaniyadakı şirkətin direktorluğundan uzaqlaşdırılıb

Sabiq nazirin qızı Britaniyadakı şirkətin direktorluğundan uzaqlaşdırılıb

MİDA: Güzəştli mənzilləri daha çox hərbçilər, müəllimlər və polislər alıb

Azərbaycanda orta aylıq əməkhaqqı 1 043 manata yüksəlib

Əsas kapitala 3,4 milyard manat investisiya yönəldilib

Bəzi şəxsləri 7 min manatlıq cərimə gözləyir

Borcluların ölkədən getmək hüququ yeni qaydada məhdudlaşdırılacaq, SMS göndəriləcək

15.8 milyard manatlıq istehsal - Sektor böyüyür

Trendyol Azərbaycan bazarına necə inteqrasiya edir?

Azərbaycan iqtisadiyyatı böyüyüb

Naxçıvan Ali Məhkəməsinə hakim təyin edildi

Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə görüşü keçirilir

Sabahın havası açıqlandı

Sahibkarlar bu məsuliyyətdən azad edilir

Vəzifəli şəxslərə cinayət işi açıldı

Çindən cavab: ABŞ-a 125 faiz gömrük rüsumu tətbiq olundu

Apellyasiya məhkəmələrinin hakimləri yeniləndi

Müştərini alçaldıb satış edənlər - Fərqli marketinq strategiyası

Müştərini alçaldıb satış edənlər - Fərqli marketinq strategiyası

Vahid Əhmədovun oğlu hakim təyin olundu

“Azərbaycan Dəmir Yolları” sədrinin müşaviri vəzifəsindən azad edildi

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olundu

Prezident İlham Əliyev Antalyada Şimali Kiprin Prezidenti ilə görüşüb - YENİLƏNİB

Təlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi?

MTK-dan alınan mənzilə necə çıxarış əldə edə bilərik?

Məktəblilərimizin hazırladığı ilk kosmik peyk orbitə buraxılacaq

Cəzadan azad edilmiş şəxsə təkrar müavinətin təyin olunması ilə bağlı qərar verildi

Azad olunan torpaqlar kimlərə pulsuz icarəyə veriləcək? - AÇIQLAMA

Azad olunan torpaqlar kimlərə pulsuz icarəyə veriləcək? - AÇIQLAMA

Mənzili təmirli, yoxsa təmirsiz almaq sərfəlidir?

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

“28 May” metrosunda bunlar dəyişəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin