BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
10098

Azərbaycanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Türkiyə Tərəfdaşlıq Proqramında iştirakı FAO-nun ölkədə kənd təsərrüfatının məhsuldarlığının artırılmasına, heyvan xəstəliklərinə və zərərvericilərə qarşı birgə mübarizə ilə bağlı mövcud fəaliyyətlərinə əlavə dəstək verəcək.

Valyuta.az Report.az-a istinadən xəbər verir ki, FAO, Türkiyə Tərəfdaşlıq Proqramı (FTPP II) çərçivəsində dörd layihəni təsdiqləməsi ilə iki ölkə arasındakı əməkdaşlıq daha da gücləndirib.

Bu əməkdaşlıq FAO, Türkiyə və Azərbaycanı ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd yerlərinin inkişafının təşviq edilməsi və təbii ehtiyatların dayanıqlı şəkildə idarə edilməsi məqsədlərinə daha da yaxınlaşdıracaq.

Türkiyə Hökuməti tərəfindən maliyyələşdirilən layihələr, Orta Asiya, Azərbaycan və Türkiyədə ərzaq itkisi və israfının azaldılmasına, dayanıqlı balıqçılıq və balıq məhsullarının yetişdirilməsinin təmin edilməsinə, buğda xəstəliklərinə qarşı mübarizəyə və milli qida təhlükəsizlik sistemlərinin yaxşılaşdırılması da daxil olmaqla müxtəlif sahələrdə potensialın inkişaf etdirilməsinə dəstək göstərəcək.

Bu layihələrdən birincisi olan balıqçılıq üzrə olan layihə (FISHCap), qida təhlükəsizliyinə dəstək olaraq şirin su ehtiyatlarının, balıqçılıq və dəniz məhsullarının, təbii ehtiyatların dayanıqlı inkişaf yolu ilə istifadəsi üçün milli potensialın artırılmasını hədəfləyir. Digər bir layihə "CAC-Rust", buğda xəstəlikləri sahəsində milli potensialı və regional əməkdaşlığı gücləndirərək buğda istehsalı zamanı xəstəliklərə qarşı mübarizəni, məhsuldarlığın həmçinin də dayanıqlılığın artırılmasını hədəfləyir. Ərzaq itkisi və israfının qarşısının alınması istiqaməti üzrə həyata keçirilən digər bir layihə isə region ölkələrində milli qurumların potensialının inkişaf etdirilməsinə və ərzaq itkisi və israfının azaldılmasına dair milli və regional strategiyaların hazırlanmasına dəstək verəcək. Qida təhlükəsizliyi üzrə dördüncü layihə isə qida təhlükəsizliyi sistemlərini həm milli, həm də regional miqyasda yaxşılaşdırmağı hədəfləyir. Bu layihə, region ölkələrində qida təhlükəsizliyi nəzarətinə və risk kommunikasiyaların gücləndirilməsinə töhfə verəcəkdir. Həmçinin, dövlət və özəl sektor üçün prioritet olan qida təhlükəsizliyi risklərini həll etmək üçün əlverişli bir mühitlə təmin edəcək.

Azərbaycanın FAO-Türkiyə Tərəfdaşlıq Proqramında iştirakı FAO-nun ölkədəki kənd təsərrüfatının məhsuldarlığının artırılmasına, heyvan xəstəliklərinə və zərərvericilərə qarşı birgə mübarizəsinə töhfə verəcək. FAO-nun Azərbaycandakı Nümayəndəsi Mələk Çakmak bildirib ki, Azərbaycanın FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində davam edən layihələri və fəaliyyətləri tamamlayan FAO-Türkiyə Tərəfdaşlıq Proqramına qoşulması bizi olduqca məmnun edir. FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı 2015-ci ildə öz işinə başlayıb və Azərbaycan ilə FAO arasındakı əməkdaşlığın yeni mərhələsi hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Startaplar üçün vençur studiya yaradıldı - Hansı imkanlar var?

MTK-ların qanunazidd qaraj biznesi: Bir parkinq yeri 25 min manata satılır

Bakıda “Maşın bazarı”nda etiraz - VİDEO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin