BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
10087

ABŞ və İsrail Azərbaycanın kənd təsərrüfatı sektoruna dəstək məqsədilə tərəfdaşlıq elan edir.
 
Valyuta.az APA-ya istinadən xəbər verir ki, məlumatı İsrailin Azərbaycandakı səfirliyi yayıb.
Hər iki ölkə səfirlikləri Azərbaycanın kənd təsərrüfatı potensialını inkişaf etdirmək məqsədilə Dövlət Aqrar Universiteti ilə innovativ əməkdaşlıq edəcəklər.
 
Layihə çərçivəsində universitetin Gəncə yaxınlığında yerləşən elmi-tədqiqat kompleksində alma, albalı, nektarin, gavalı və nar sahəsində XXI əsrin istehsal təcrübələrini özündə əks etdirəcək beş nümayiş sahəsi salınacaq. 
 
Bu nümunəvi sahələr ən son ABŞ və İsrail texnologiyalarını və təcrübələrini nümayiş etdirəcək və müasir intensiv becərmə üsullarının tədris platforması olmaqla yanaşı Azərbaycanda yüksək keyfiyyətli meyvələrin səmərəli istehsalında yardımçı olmaq üçün universitetin bacarıqlarını artıracaq. Layihə Azərbaycan fermerlərinə ixracatlarını və gəlirlərini artırmağa kömək edəcək. 
 
“XXI əsrdə kənd təsərrüfatında lider olan ABŞ və İsrail bu mühüm layihə çərçivəsində Azərbaycanın kənd təsərrüfatı sektorunun rəqabətliliyinə dəstək məqsədilə ADAU-nun bizimlə tərəfdaşlığından çox məmnundur. Ənənəvi bağlardan fərqli olaraq intensiv bağlar daha məhsuldar, ətraf mühitə az ziyan verən və gəlirli olurlar. Bu yeni layihə Azərbaycan fermerlərinə, istehsalçılarına və aqronomlarına daha az su istifadə edərək daha çox meyvə yetişdirməyə kömək edəcək, bu isə daha çox satış və ixracla nəticələnəcək”, - deyə ABŞ səfiri Litzenberger və İsrail səfiri Dik birgə bəyanatda qeyd ediblər.
 
Layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı nümayəndəliyi və Beynəxalq Əməkdaşlıq Agentliyi (MASHAV) vasitəsilə Azərbaycandakı İsrail səfirliyi tərəfindən birgə maliyyələşdiriləcək və ADAU ilə əməkdaşlıq şəklində USAID-in Özəl Sektorun İnkişafı layihəsi və MASHAV tərəfindən icra ediləcək.
 
Tərəfdaşlar Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsi və bölgələrdə gəlirlərin artırılması, eyni zamanda, daha möhkəm və dayanıqlı icmalar qurmaq istiqamətində birgə məqsədə töhvə verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin