BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
10086

Türkiyəli iş adamı kimi tanınan Hakan Şengülün Azərbaycan vətəndaşına qarşı dələduzluq etməsi iddia olunur. 

Valyuta.az xəbər verir ki, bu barədə iş adamına aldanan Firdovsi Xəlilov özü məlumat verib. Bildirib ki, 2020-ci ilin oktyabr ayında evin təmir etdirmək qərarına gəlib. Bu məqsədlə Hakan Şengül adlı "iş adamı" ilə təmir işlərinin həyata keçirilməsində razılaşıb: 

“Razılaşmamıza əsasən Şengül mənim üçün aşağıdakı işləri öhdəsinə götürdü: 

1. 45-50 kvm izosistem qapı pəncərə: Türkiyənin Çavadaroğlu firmasının 70 lik profili ilə. Şüşələr 3 qat bişmiş olmalı idi. Aksesuarları isə Almaniya istehsalı. Bu iş üçün məndən 13 940 azn alıb. Noyabrda tam təhvil verməli idi. 

2. Evin santexnika işlərinə görə həm 1 967 manat dəyərində mal-material, həm də 1500 manat işçilik xidməti üçün alıb.

3. Elektirik işləri mal material 2200 + 880 = 3080 manat, işçilik 1200 + 400 = 1600 manat ödəniş alıb.

4. Suvaq işləri üçün bütün ödənişini alıb”.

F.Xəlilovun sözlərinə görə, H. Şengük ondan ötən il dekabrın sonuna qədər özü və köməkçisi vasitəsi ümumilikdə 27 min 695 manat pul alıb: 

“Bunun qarşılığında həm qapı pəncərələr, həm santexnika, həm suvaq, həm də elektirik işləri tamamlanmalı idi”. 

Dekabr sonunda pəncərələrin gecikdiyini deyən F.Xəlilov “iş adamı”na çoxsaylı müraciətlər etdiyini, nəticədə “Ulduz” metrosu yaxınlığında bir zavodda görüşdüklərini bildirib: 

“Hakan məni zavoda apardı və orda söz verdiyini deyil, yerli firmanın malını göstərdi. Guya mənim pəncərələrim olduğunu dedi. 1 həftə vaxt istədi. “Kişi kimi” söz verdi ki, 1 həftəyə sənin işlərin tamamlanır". 2 gün sonra o zavoda gedib rəhbərlərini tapdım. Mənə dedilər ki, nə sənin, nə Hakanın burda malı yoxdur. Bizə dedi ki müştəri mala baxıb pul verəcək, ona görə profilləri göstərdik". 

Beləliklə, Hakanın onu aldatmasından şübhələnən F.Xəlilov evdə işləyən ustaları sorğu-sual edib. Məlum olub ki, Hakan fəhlələrin də pullarının çox hissəsini verməyib: 

“Amma məndən bütün xərcləri son qəpiyinə kimi alıb. Şengül məndən santexnika malları üçün aldığı pulu da öz jarqonları ilə desək "fırladıb". Ustaların da zəhmət haqlarını vermədiyi üçün fəhlələr işlərini dayandırdılar”.

F.Xəlilov H.Şengülün "qəhramanlıqlarından” Daxili İşlər Nazirliyinə, Türkiyə səfirliyinə, MÜSİAB-a şikayət etdiyini deyib. Şəxsi araşdırmalarını da davam etdirib: 

“Hakan haqqında məlumatlar almağa başladım. Məlum oldu ki, o adam həqiqətən işinin "peşəkarı"dır. Və bu cür işlərdə heç də tək deyilmiş. Deyilənlərə görə, arxasında “sehirli”, güclər varmış. Necəsə olur Şengülə açılan cinayət işlərinə və s. proseslərə əsrarəngiz şəkildə xitam verilirmiş. Onu da deyim ki, Hakanın ilk qurbanı mən deyiləm. O bu günə kimi məndən qat-qat güclü və nüfuzlu şəxslərə və iş adamlarına da bu cür fırıldaq gəlib. Hətta bəzilərini borclu çıxarıb. İşi yarımçıq qalan adam polisə, məhkəməyə şikayət edir, mülki iş başlayır. Bu müddət ərzində həmin şəxs öz obyektinin yarımçıq qalan işlərini tamamlayır. Və bir gün Hakanın ekspertləri gəlir ki, həmin obyektdə 200-230 min manatlıq iş görülüb və həmin adam Hakana 100 min və ya 70 min manat borcludur”.

F.Xəlilov əlavə edib ki, onun DİN-ə etdiyi müraciəti Xətai rayon Polis İdarəsində araşdırılır. Ekspertiza rəyləri əldə edildikdən sonra ona rəsmi cavab veriləcək.  

Məsələ ilə bağlı qarşı tərəfin fikirlərini dinləməyə hazırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək

ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi

İnnovasiya və Təchizat Mərkəzi 2 gündə tenderlərinə 125 mln. manatdan çox ayırdı

"Mozilla" "Gmail" və "Microsoft 365"ə rəqib olur

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin