Texno
01.04.2021 / 14:37
“Microsoft”-dan yeni qərar: ABŞ ordusu hərbi avadanlıqla təmin ediləcək
10081
“Microsoft” şirkəti ilə ABŞ arasında 120 min ədəd “HoloLens” əsaslı hərbi təzhizatın satışı ilə bağlı müqavilə bağlanılıb.
Valyuta.az xəbər verir ki, sözügedən müqavilə ilə şirkət 10 ildə təxminən 21,88 milyard dollar gəlir əldə edəcək.
“HoloLens” əsaslı bu avadanlıqlar əsgərləri yüksək keyfiyyətli pikseldə görüntü, gecə və termal kameralar və xüsusi sensorlarla təmin edəcək. Bu avadanlıqların ilk dəfə ABŞ əsgərlərinin təlimində istifadə ediləcəyi gözlənilir.
Rəsmi Pentaqondan verilən məlumatda qeyd olunur ki, bu cihazlar vasitəsiylə hərbçilər artıq xüsusi təlim yerləri və poliqonlar olmadan belə, təlim keçə biləcək və bununla da ümumi döyüş qabiliyyətləri artacaq.
Kamran Xəlil
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay