BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
10021

Bu ildən Azərbaycanda fermerlərə ilk dəfə olaraq birdəfəlik əkin subsidiyası ödəniləcək. Birdəfəlik əkin subsidiyası 2021-ci il ərzində salınan və ya salınacaq intensiv portağal, naringi, limon, zeytun, nar və fındıq bağlarına görə əkin subsidiyasına əlavə olaraq yeni bağın salınma xərclərini qismən kompensasiya məqsədilə verilir.

Kənd Təsərrüfatı Nazirliyindən Valyuta.az-a verilən xəbərə görə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində birdəfəlik əkin subsidiyası almaq üçün müraciətlərin  qəbulu mayın 31-dək davam edəcək. 2021-ci ilin 1 fevral-31 may tarixləri arasında yeni intensiv portağal, naringi, limon, zeytun, nar bağları salmış və ya il ərzində bağ salmağı planlaşdıran fermerlər öz əkinlərini (salınan və planlaşdırılan) EKTİS-də bəyan etməlidir. Birdəfəlik əkin subsidiyası yalnız qeyd olunan intensiv meyvə bağlarına görə verilir.

Limon, portağal və narıngi bağları mütləq damcı sulama sistemləri ilə təchiz olunmalı, hər hektarda ən azı 650 ədəd ting əkilməlidir. Nar və zeytun bağlarının da damcı sulama sistemi ilə təchiz edilməsi, hər hektara müvafiq olaraq ən azı  450 nar tingi və 330 zeytun tingi əkilməsi tələb olunur. Birdəfəlik əkin subsidiyası veriləcək nar və zeytun bağları üçün digər şərt bu bağların şorlaşma dərəcəsi şiddətli, çox şiddətli və ya şoran olan, və ya şorakətləşmə dərəcəsi şiddətli olan kənd təsərrüfatı kateqoriyalı torpaqlarında əkilməsi, ya da bu bağların bonitet balı 1-20 arasında olan kənd təsərrüfatı təyinatlı torpaqlarda salınmasıdır.

Fındıq bağlarına da qoyulan tələb bağın damcı suvarma sistemi ilə təchiz edilmiş və 1 hektara azı 330 ədəd ting əkilməsidir. Birdəfəlik əkin subsidiyası veriləcək fındıq bağları üçün digər şərt ya bu bağların 200-1500 metr hündürlükdə olan dağlıq və ya dağətəyi yerlərdə salınması, ya da bu bağların Meşə Fondunun boş torpaqlarında salınmasıdır.

2021-ci ildə bu şərtlərə uyğun bağlar salmış şəxslər birdəfəlik əkin subsidiyası almaq üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində əkinlərini bəyan edə bilərlər.
Fermerlər birdəfəlik əkin subsidiyası subsidiyası ilə bağlı məlumatları EKTİS-də bəyan etməkdə, torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədləri, bağ salınmış ərazinin coğrafi koordinatlarını sistemə daxil etməkdə çətinlik çəkərsə, texniki kömək üçün yaşadığı rayonun Dövlət Aqrar İnkişaf Mərkəzinə və ya “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilər.

Birdəfəlik əkin subsidiyasının məbləği 2021-ci ildə salınacaq limon bağlarının hər hektarına görə 11000 manat, portağal və naringi bağlarının hər hektarına 9000 manat, nar bağlarının hər hektarına 5000 manat, zeytun bağlarının hər hektarına 4900 manat,  fındıq bağlarının hər hektarına 4400 manat olaraq müəyyənləşib. Bu bağlara görə həmçinin bağın salındığı ilk 4 il ərzində hər hektara görə 700 manat əlavə əkin subsidiyası ödəniləcək. 

Fermerlər karta köçürülmüş subsidiya vəsaitindən ən azı iki il ərzində istifadə etməlidir. Kartda iki il ərzində istifadə edilməyən subsidiya vəsaiti qalarsa, bu barədə fermerə xəbərdarlıq göndərilir. Əgər xəbərdarlıq göndərildikdən sonra da kartdakı vəsaitdən istifadə olunmursa, o zaman növbəti dövr üçün fermerə subsidiya verilməyəcək.

2021-ci ilin payız aylarında qeyd olunan şərtlərə uyğun bağ salmağı planlaşdıran şəxslər də mayın 31-dək EKTİS-də əkinlərini bəyan etməli və əkinlərini payızda aparacaqlarını xüsusilə qeyd etməlidirlər.

Ətraflı təlimatlar, şərtlər barədə məlumatın əldə edilməsi və müraciətlərin EKTİS-ə daxil edilməsində köməkliyin göstərilməsi üçün fermerlər region üzrə Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə, suallarını Çağrı Mərkəzinə (1652) ünvanlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin