"Silk Vey Vest" 20 milyon dollar borc axtarır
"Silk Vey Vest Aviaşirkəti” MMC 20 milyon ABŞ dolları həcmində borca girir.
Valyuta.az xəbər verir ki, aviaşirkət istiqraz emissiyası planlaşdırır.
Şirkətin istiqrazları bununla bağlı Bakı Fond Birjasında (BFB) standart bazar seqmentində listinqə daxil edilib.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. MMC ilkin ticarət qiyməti 1000 dollar olan 20 min ədəd faizli, təmin edilməmiş sənədsiz adlı istiqraz buraxmağı planlaşdırır. "Silk Vey Vest” borc kağızları üzrə illik 5,5% gəlir təklif edir.
Kupon ödənişləri rübdə bir dəfə həyata keçiriləcək. Dekabrın 23-də ticarətə buraxılacaq istiqrazlar üzrə anderrayter “PAŞA Kapital İ.Ş.” QSC-dir.
Qeyd edək ki, "Silk Vey Vest” 2012-ci ildə dövlət qeydiyyatına alınıb, onun nizamnamə kapitalı 179,4 mln. manat, qanuni təmsilçisi isə Wolfgang Johann Meierdir. Şirkət "Silk Vey Holdinq”ə daxildir.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay