BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
9652

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) beş ölkədə - Azərbaycan, Qırğızıstan, Moldova Respublikası, Tacikistan və Türkiyədə qida təhlükəsizliyinə nəzarət dəstəyini gücləndirmək üçün üç illik layihəyə başlayıb. 

Valyuta.az xəbər verir ki, “Milli qida təhlükəsizliyi sistemlərinin və regional əməkdaşlığın təkmilləşdirilməsi” adlı   layihə bu günlərdə FAO Azərbaycan və Türkiyə nümayəndələrinin iştirakı ilə baş tutan açılış tədbiri ilə öz işinə başlayıb. Layihə regional və milli komponentləri əhatə edir.  

FAO və Türkiyə Ərzaq və Kənd Təsərrüfatı Tərəfdaşlıq Proqramı (FTPP II) dəstəyi ilə Türkiyə Hökumətinin maliyyələşdirdiyi layihə qida təhlükəsizliyinə nəzarəti, ölkələrdəki mövcud risklərə qarşı mübarizəni gücləndirməyi və prioritet olaraq qida təhlükəsizliyinə dair bütün məsələləri həll etmək üçün dövlət və özəl sektor nümayəndələri üçün əlverişli bir mühiti təmin etməyi hədəfləyir. Eyni zamanda layihəyə daxil olan ölkələrdə daha əhatəli və səmərəli qida təhlükəsizliyi sistemlərinin yaradılmasını dəstəkləyərək, dəlillərə əsaslanan qida təhlükəsizliyi nəzarətinin həyata keçirilməsinə üstünlük verəcək və aqro ərzaq ticarətinə və bazarın inteqrasiyasına dəstək göstərəcək. 

3 il davam edəcək layihə çərçivəsində, təsərrüfat sahəsindən süfrələrə qədər effektiv qida nəzarəti sisteminin, qida tədarükü zəncirinin bütün mərhələləri və iştirakçılarını müxtəlif faydalarla təmin edilməsi planlaşdırılır. Layihə texniki biliklərin təmin edilməsi, müvafiq dövlət orqanları və özəl sektor tərəfdaşları arasında əməkdaşlığın təşviq edilməsi və eləcə də layihənin benefisiar ölkələrı arasında regional əməkdaşlığı inkişaf etdirilməsi ilə Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi vasitəsi ilə qida nəzarətinin gücləndirilməsi təşəbbüslərinə dəstək verməyi hədəfləyir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin