Qida
22.03.2021 / 20:12
İrandan idxal olunan xurma yararsız çıxdı - AQTA
9597
İrandan ölkəmizə idxal edilən qurudulmuş xurma məhsulu partiyasının istehlak üçün yararsız olduğu aşkar olunub
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Valyuta.az daxil olan məlumata görə, qurumun müfəttişləri tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nəsirov İrşad Həbib oğlu tərəfindən İran İslam Respublikasından ölkəmizə idxal edilən qurudulmuş xurma məhsuluna baxış keçirilib.
Baxış zamanı 8435.2 kq “Atlas” əmtəə nişanlı qurudulmuş xurma məhsulunun istifadə müddətinin bitdiyi aşkarlanıb.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay