Bu il şərab məhsullarının istehsalı artırılacaq - PROQNOZ
2021-ci ildə Azərbaycanda şərab məhsullarının istehsalının artması gözlənilir.
Valyuta.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov deyib.
Onun sözlərinə görə, üzümlüklərin salınması, şərab istehsalı üzrə müəssisənin tikintisi və istismara verilməsi böyük investisiyalar tələb edir:
"Hazırda məhdudiyyət tədbirlərinin aradan qaldırılması, fəaliyyətin tam bərpa olunması ilə bağlı aydınlıq olmadığı üçün nə isə planlaşdırmaq çox çətindir. 2019-cu ilin səviyyəsinə çatmaq çətin olacaq, amma istənilən halda istehsal və satış həcmi 2020-ci ildən daha çox olacaq".
Assosiasiya sədri bildirib ki, Azərbaycan 2020-ci ildə şərab məhsulu isterhsalını 60 faiz azaldıb. Eyni zamanda, Ukrayna və Belarusa ixrac artıb:
"Bu il Assosiasiya İsrailə ixracı artırmağı planlaşdırır. 1 mart 2021-ci ildən Azərbaycan şərablarının Türkiyəyə ixracına rüsumların azalması və aradan qaldırılmasını nəzərdə tutan preferensial ticarət barədə qanun qüvvəyə minib. Bu, 2021-ci ildə bu ölkəyə ixracın əhəmiyyətli dərəcəd artmasına yol açacaq".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay