Ölkədə qida təhlükəsizliyi müsbət istiqamətdə dəyişib – AQTA
Azərbaycanda 2020-ci ildə qida təhlükəsizliyi vəziyyəti müsbət istiqamətdə 9,44 % dəyişib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Valyuta.az-a verilən məlumata görə, əldə olunan göstəricilərə əsasən 2019-cu illə müqayisədə hər hansı uyğunsuzluq aşkarlanan, həmçinin nəticəsində inzibati xəta aşkarlanan yoxlamaların sayında müsbət dəyişiklik qeydə alınıb.
Eyni zamanda, qida təhlükəsizliyi ilə bağlı xüsusi təhlükəli hesab edilən bir sıra mikroorqanizmlərin qida məhsullarında aşkar edilməsi üzrə də müsbət istiqamətdə dəyişikliklər olub. Bunun nəticəsində də mikrobioloji təhlükəsizlik göstəriciləri baxımından məhsulların daha etibarlı olduğu müəyyən edilib.
Qeyd edək ki, qida məhsullarının rəqabət qabiliyyətini müəyyən edən əsas göstəricilərdən biri də ixrac zamanı idxalatçı ölkələr tərəfindən imtina prosedurlarının tətbiq edilib-edilməməsidir.
Bu baxımdan 2020-ci il ərzində qida təhlükəsizliyi göstəriciləri üzrə yalnız 1 imtina halı qeydə alınıb və 2019-cu illə müqayisədə 97% müsbət istiqamətdə dəyişiklik baş verib.
Müsbət istiqamətdə baş vermiş dəyişikliklər sırasında qida zəhərlənmələri üzrə əldə olunan nəticələri də xüsusi qeyd etmək lazımdır. Belə ki, həm qida zəhərlənməsi hallarının sayı, həm də zərərçəkənlərin sayı baxımından bu sahədə 2020-ci ildə müvafiq olaraq 9% və 6% azalma qeydə alınıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay