Ötənilki rəsmi inflyasiya səviyyəsi açıqlandı
2020-ci ildə Mərkəzi Bank tərəfindən qiymət sabitliyi təmin edilib və inflyasiya səviyyəsi elan edilən hədəf çərçivəsində (4±2%) qorunub.
Mərkəzi Bankdan Valyuta.az-a verilən məlumata görə, dekabrda illik inflyasiya 2.6% təşkil edib ki, bu da hədəf diapazonunun mərkəzindən aşağıdadır.
İllik inflyasiyanın dəyişiminə 2 faiz bəndi ərzaq, 0.3 faiz bəndi qeyri-ərzaq, 0.4 faiz bəndi isə xidmətlərin qiymət dəyişimi töhfə verib.
İstehlak səbətinin əsas alt kateqoriyaları üzrə qiymət dəyişimində fərqli dinamika müşahidə olunub. İstehlak səbətinin ərzaq komponenti qiymət artımının formalaşmasında həlledici paya malik olmaqda davam edir.
Ərzaq inflyasiyası son 12 ayda 4.6% təşkil edib. Qiymət artımı isə qida məhsulları üzrə 4.1%, spirtli içkilər üzrə 4% və tütün məmulatları üzrə 18.5% təşkil edib. Ərzaq inflyasiyasına dünya ərzaq qiymətlərinin yüksəlməsi də təsir göstərib. Belə ki, 2020-ci ildə dünya ərzaq qiymətləri 6.5% artıb. İnflyasiyanın digər komponentləri olan qeyri-ərzaq məhsulları və xidmətlər üzrə illik bahalaşma templəri müvafiq olaraq 1.2% və 1.1% olub.
Qeyri-ərzaq malları üzrə inflyasiyanın aşağı səviyyəsi başlıca olaraq pandemiya dövründə tələbin təxirə salınması ilə izah edilir.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay