Yarmarkada kənd məhsulları neçəyə satılır? - QİYMƏTLƏR
Bu gündən Bakıda və Abşeronda “Kənddən Şəhərə” Novruz yarmarkaları işə başlayıb.
Valyuta.az “Aqrar Tədarük və Təchizat” ASC-yə istinadən həmin yarmarkalarda satılan bəzi məhsulların qiymətləri ni təqdim edir:
Qoz - 2.90 manat
Fındıq - 2.90 manat
Şabalıd - 4.00 manat
Qoz ləpəsi - 8.00 manat
Fındıq ləpəsi - 13.00 manat
Səməni - 1.00 manat
Kartof - 0.45 manat
Soğan - 0.70 manat
Mandarin - 2.00 manat
Portağal - 1.70 manat
Alma - 0.40 manat
Armud - 1.40 manat
Xurma - 0.50 manat
Pomidor - 1.20 manat
Kələm - 0.35 manat
Kök - 0.50 manat
Göbələk - 2.00 manat
Göyərti - 0.10 manat
Kənd çolpası - 3.50 manat
Mal əti - 9.50 manat
Quzu əti - 12.50 manat
Xatırladaq ki, yarmarkalar martın 19-dək davam edəcək. Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçiriləcək yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla qarşılamaq, yerli fermerlər üçün alternativ satış kanalı təşkil etməkdir.
“Kənddən şəhərə” Novruz yarmarkası aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay