Ət satışı mağazası cərimələndi
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan Valyuta.az-a verilən məumata görə, agentlik əməkdaşları Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində yerləşən, fiziki şəxs Eminov Natiq Fazil oğluna məxsus ət satışı mağazasında yoxlama keçirilib. Yoxlama zamanı mağazada ətin baytarlıq ekspertizasından keçmədən, müvafiq baytarlıq şəhadətnaməsi olmadan satışa çıxarıldığı aşkar olunub. Eyni zamanada mağazada sanitar-gigiyenik tələblərə əməl olunmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, çalışan işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi məlum olub. Aşkarlanan nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay