Agentlik 6 sahibkarın fəaliyyətini qeydiyyata alımaqdan imtina etdi - SİYAHI
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 2 mart 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 19 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
AQTA-dan Valyuta.Az-a verilən məlumata görə, həmin tarixdə 6 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
1. Savalanova Rəna Balaca qızı
İstehsal
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.
2. "AZERBAİJAN POULTRY COMPANY" MMC
Topdan satış
Sahibkar hal-hazırda fəaliyyət göstərmir.
3. Şərifi Məhəmməd Qərib oğlu
İctimai iaşə
Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir.
4. Mahmudov Yadigar Yusif oğlu
Topdan satış
Sahibkar tərəfindən yanlışlıqla ikinci dəfə müraciət edilmişdir.
5. Cəfərov Əbülfəz Nuri oğlu
Pərakəndə satış
Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir.
6. Qəniyev Məsləhət İsmayil oğlu
Pərakəndə satış
Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir.
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay