Qida
25.02.2021 / 17:00
"Araz Supermarket" yararsız çıxan 20 ton soğan haqqında açıqlama yaydı
8139
"Araz" supermarketlər şəbəkəsi məsələ ilə bağlı açıqlama verib.
Valyuta.Az-a daxil olan açıqlamada deyilir ki, bu ilin yanvar ayında tərəfimizdən Ukraynadan soğan idxal olunub:
"Bildiyiniz kimi ölkəyə idxal olunmuş məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müvafiq yoxlanışlardan keçəndən sonra satışa çıxarılır. O cümlədən tərəfimizdən idxal olunmuş soğandan, satışa çıxarılmamışdan əvvəl nümunələr götürülərək müayinə edilmiş və müayinələr nəticəsində məhsulda qara kiflilik aşkarlanb. AQTA nümayəndələrinin iştirakı ilə "Araz" supermarketlər şəbəkəsi tərəfindən məhsul məhv edilib. Xüsusi olaraq bildirmək istərdik ki, "Araz" supermarketlər şəbəkəsində satılan meyvə-tərəvəz əsasən yerli məhsuldur".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay