Ərzaq məhsullarının qiyməti niyə bahalaşıb? - NAZİRLİK
Azərbaycanda ərzaq məhsullarının qiymətlərində artım müşahidə edilir. Sosial şəbəkələrdə insanlar narazılıqlarını bildirərək, qiymət artımını müqayisə ediblər.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Redaktor.az-a verilən məlumata görə, bazar iqtisadiyyatı şəraitində qiymətlər dövlət tərəfindən tənzimlənən mallar istisna olmaqla, rəqabət mühitində, tələb-təklif əsasında formalaşır.
Qurumdan bilidirilib ki, tələb-təklif əsasında formalaşan qiymətlərin səviyyəsi müxtəlif səbəblərdən, o cümlədən dünya iqtisadiyyatında baş verən bir sıra amillərin təsiri nəticəsində dəyişə bilir. Əsassız qiymət artımına yol verilməsinin qarşısını almaq üçün gündəlik monitorinq keçirilir. Belə bir hal ilə rastlaşdıqda cərimələr tətbiq olunur
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay