Zərərli dondurmalar niyə satışdan çıxarılmayıb? - AQTA xəbərdarlıq etdi
Xəbər verdiyimiz kimi, vətəndaşlar arasında tərkibində bakteriya aşkarlanan dondurmaların mağazalarda hələ də satışı ilə bağlı narahatlıqlar var. Mövzu ilə bağlı AQTA-ya sorğu ünvanlanıb.
Cavab olaraq, AQTA-dan bildirildi ki, həmin dondurmaların bir qismi bazardan yığışdırılıb.
"Qida Təhlükəsizliyi Agentliyi dondurma məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə yoxlamaları mütəmadi olaraq keçirir. Yay aylarında dondurma məhsullarının istehlakı artdığından bu sahədə yoxlama-nəzarət tədbirləri daha da gücləndirilib. Aparılan son yoxlamalar zamanı bəzi dondurma məhsulu partiyalarında bakteriya aşkarlanıb. Həmin məhsul partiyalarının bir qismi satış şəbəkələrindən yığışdırılıb. Proses hazırda davam edir".
Agentlik istehlakçıları dondurma alarkən nələrə diqqət etmələri barədə xəbərdarlıq etdi.
"Agentliyin saytında bakteriya aşkarlanan dondurma məhsullarının istehsal tarixləri və məhsul partiyaları barədə məlumatlar yerləşdirilib. İstehlakçılardan xahişimiz budur ki, dondurma seçərkən həmin məhsulların istehsal tarixlərinə və hansı məhsul partiyasına mənsub olmasına diqqət yetirsinlər.
İstehlakçılardan xahiş edilir ki, tərkibində uyğunsuzluq olan həmin məhsullarla qarşılaşdıqda, bu barədə Agentliyin 1003 qaynar xəttinə məlumat versinlər.
© Redaktor.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay