Yayın dadlı trendi - Dondurmaları necə seçək?

Redaktor

25.07.2024 17:56
575

Yayın dadlı trendi - Dondurmaları necə seçək?

Yay fəslində ürəyimizi sərinlətmək üçün ağlımıza gələn ilk qida dondurma olur. Onun tərkibinə dadlı olması üçün vanil, şokolad, fındıq və başqa dadlı meyvələr əlavə edirlər. Azərbaycanda da dondurma insanların ən sevimli qidalarından biridir. 

Tərkibi çox sadə resept olan dondurmalara bəzən daha çox qalması üçün qatılan əlavə qidalar insan sağlamlığına ziyan vurur. Sərinləmək, dadlı bir desert yemək istəyərkən həm də orqanizmimizə ziyan vurmuş oluruq. Dadı, rəngi, tərkibi fərqli olan dondurmaları alarkən isə ekspertlər daha diqqətli olmağa çağırır. Çünki bazarda olan bir çox dondurmalar müxtəlif, antisanitar sexlərdə də hazırlana bilir. 

Dondurmaları alarkən onların saxlanılma temperaturuna diqqət etmək məsləhət görülür. Dondurmanın saxlanma müddəti də azdır. Belə ki, dondurmalar istehsal edildikdən sonra 30 gün mənfi 20-25 dərəcədə temperaturda dondurucuda saxlanılmalıdır. Satışa çıxarıldıqda isə anbarlarda mənfi 18 dərəcə temperaturda 5 gün saxlanıla bilər. 

Keyfiyyətli dondurma tərkibində yağlılığı çox olanlar hesab olunur. Əgər dondurma ağzımızda əriyib, qaymaq dadı verirsə, keyfiyyətli dondurma yeyirik deməkdir. Keyfiyyətsiz dondurmaların dadı isə acı olur, sanki buz dadı kimi olur. Dondurmaları əridib təzədən istehlak etmək, satışa çıxarmaq olmaz. Bu zaman onların tərkibi dəyişir. İnsan orqanizmi üçün zərərli mikroorqanizmlər yaranır. 

Mağazadan dondurma alarkən istehlakçılar daha diqqətli olmalıdır. Belə ki, paketlənməsi əzilmiş, deşilmiş, ələ götürərkən bir az yumşalmış kimi olan dondurmanı almaq olmaz. Bundan başqa, dondurmanı çox da yemək olmaz. Tərkibi şəkər və yağla zəngin olduğu üçün yüksək kolorili qida hesab olunan dondurma, həm də soyuğa həssas insanlar üçün də sağlamlığında problem yarada bilər. 

Davud

Yayın dadlı trendi - Dondurmaları necə seçək?

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...