Qurban bayramında heyvan kəsimi üçün azad edilən ərazilərdə dörd müvəqqəti çadır qurulub
Azad edilən ərazilərdə Qurban bayramında heyvan kəsimi üçün dörd müvəqqəti çadır qurulub.
“Report”un məşumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agetnliyinin aparat rəhbəri Elxan Mikayilov deyib.
Onun sözlərinə görə, çadırlar Ağdərənin Talış və Zəngilanın Ağalı kəndində, Füzuli və Şuşa şəhərlərində qurulub:
“Həmin yerlərdə də heyvanlar baytar nəzarətindən keçəcək və qurban bayramı qeyd olunacaq”.
Elxan Mikayılov vurğulayıb ki, ümumiyyətlə ölkə üzrə bayram ilə bağlı tədbirin təşkilinə sistemli və kompleks şəkildə nəzarət həyata keçiriləcək:
“İstehlakçılara çağırışımızın məqsədi ünvanlar ilə yaxından tanış etməkdir. Çünki bəzi məntəqələrdə yalnız kəsim bəzilərində isə yalnız satış, həm satış həm kəsim prosessi həyata keçirilir. Yalnız kəsim fəaliyyəti nəzərdə tutulan yerlərdə iri heyvanların satışına icazə verilməyəcək. Orada vətəndaşlar öz gətirdikləri heyvanları kəsə bilərlər”.
Aparat rəhbəri xəbərdarlıq edib ki, qanunsuz kəsim hallarına rast gəldikdə çox sərt tədbirlər görüləcək.
© Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay