BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
49090

Azərbaycanda heyvan bazarında qiymətlər artıb, xüsusilə də xırdabuynuzlu heyvanların qiymətində fərq hiss olunur. Bunun Qurban bayramı ilə bağlı olduğu deyilir. Qeyd edək ki, iyunun 16 və 17-də Azərbaycanda Qurban bayramıdır.  

Digər tərəfdən, Rusiyanın Samara şəhərində xırdabuynuzlu heyvanlar arasında yayılan brüsellyoz xəstəliyi ilə əlaqədar bölgədə karantin tətbiq edilib. Bununla əlaqədar xəstə heyvanların müalicəsi, kəsilməsi və sağılması qadağan olunub. Ekspertlərə görə, ölkəmiz ət istehlakı baxımından idxaldan asılıdır. Gürcüstan bazarına tətbiq olunan məhdudiyyətdən sonra Rusiya bazarında yarana biləcək problem də qoyun ətinin qiymətində artıma səbəb ola bilər. Yəni Azərbaycana idxal olunan qoyun ətinin qiyməti bahalaşa bilər. Bu heyvanların da idxalda böyük hissəsi Rusiya və Gürcüstanın payına düşür. 

Rusiya mediası yazır ki, xırdabuynuzlu heyvanlar arasında brüsellyoz xəstəliyi böyük sürətlə yayıldığından regionda karantin elan edilib. Xəstə heyvanların müalicəsi, keçi və qoyunların sağalması qadağan edilib.

Onu da qeyd edək ki, ötən il Azərbaycana 25 milyon 102 min dollar dəyərində 320 min 543 baş diri qoyun idxal edilib ki, bu da əvvəlki illə müqayisədə say baxımından 65% və ya 125.9 min baş, dəyər baxımından isə 58% və ya 9.2 milyon dollar artıq deməkdir. Məlumdur ki, Gürcüstan Azərbaycanın əsas xırdabuynuzlu heyvan idxalı bazarıdır. Belə ki, 2023-cü ildə Gürcüstandan ölkəyə 16 milyon 414 min dollar dəyərində 218 min 191 baş diri qoyun idxal edilib. Əvvəlki illə müqayisədə Gürcüstandan diri qoyun idxalı 24% və ya 42,3 min baş artıb. Ötən il Gürcüstandan Azərbaycana diri qoyun idxalı ölkəyə gətirilən ümumi qoyun idxalının 68%-nı təşkil edib.

İqtisadçı ekspert Xalid Kərimli mövzu ilə bağlı "Yeni Müsavat”a deyib ki, ətin bahalaşması bir başa Qurban bayramı ilə əlaqəli deyil: "Amma Qurban bayramı ərəfəsində əvvəlki həftələrlə müqayisədə daha baha olur. Amma Qurban bayramı ilə əlaqəli bahalaşma bir-iki həftə sonra aradan qalxır. Ətin bahalaşmasının əsas səbəbi  bir sıra məqamlarla bağlıdır. Xırdabuynuzlu heyvanların sayına baxsaq, yəni 2015-2016-cı illərlə müqayisə etsək, həmin dövrdə saxlanılan keçi qoyunun sayı 8,7-8,8 milyon baş idi. 2023-cü ilin axırına baxanda isə xırdabuynuzlu heyvanların sayı 7,8 milyon başa düşdüyünü görürük. Təqribən 9 min baş heyvan azalıb, bu da 10 faizdən çox azalma deməkdir. Əhalinin ət istehlakına baxanda 2015-2016-cı illə müqayisədə 2023-2024-cü illərdə bizim ət istehlakımız (qoyun, keçi əti) əksinə 20 faiz bahalaşıb. Bir tərəfdən qoyunların sayı azalıb, digər tərəfdən  daha çox tələbat artıb. Çünki əhalinin sayı artıb, bu da istehlakı artırır”. 

İqtisadçı əlavə edib ki, qoyunun, keçinin azalmasının səbəbi həm də otlaq sahələrinin azalmasıdır:  "Otlaq sahələrinin azalması da iki səbəbdən olur. Birincisi, əkinçilik, bağçılığın salınmasıdır. Bunların hamısı qoyunların otlaq yerinin azalmasına gətirib çıxarıb. Bakıətrafı sahələrdə də çox yer çöllük idisə, indi evlər tikilib. Yəni otlaq yerlərinin sayı bu səbəblərdən azalıb. Otlaq yerlərinin azalmasının ikinci səbəbi isə şoranlaşma, iqlim dəyişikliyi, kultivasiya sistemlərinin düzgün edilməməsi ilə bağlıdır, bu da torpağın şoranlaşmasına səbəb olan amillərdəndir.  Göyçay, Ağdaş, Ağsuda torpaq ağappaqdır. Digər tərəfdən insanların şəhərə meyllənməsi ilə ev təsərrüfatı ilə məşğul olmurlar. Təbii ki, qiymətlərin artması insanların bu işə yenidən qayıtmasına həvəsləndirəcək. Amma bunu bir müddət sonra görəcəyik. Digər bir məqam həmin periodda həm də yemin bahalaşmasıdır. Otlaq bahalaşır, yem bahalaşır, bununla da xərc artır. May-iyunda ot ucuzdur deyirik, heyvandarlıqla məşğul olan təkcə may-iyunda məşğul olmur ki, qış ayları da var. Xərclər də çoxdur, tələbat da yuxarıdır”. 

Ekspert qeyd edir ki, qiymətlərin artmasına bir səbəb də Gürcüstanda ət ixracına qoyulan məhdudiyyətdir: "Rusiyada brüssellyoz yayılıb, hələ də təsiri olmasa da, xəbərin yayılması bazarlara təsirini göstərir. Bizim idxalımız əsasən Rusiya, Gürcüstandır. 2022-ci ildə 192 min baş xırdabuynuzlu heyvan idxal olunub. 2023-cü ildə bu 312 min baş artıb. Gürcüstandan 2022-ci ilə 162-170 min baş heyvan gətirilmişdisə, keçən il 212 min baş diri qoyun-keçi idxal olunub. Əvvəldə dediyim kimi, tələbata əsasən qiymətlər artıb. Yay aylarında daha da artacaq”. 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin