Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)
"Bu mövsümdə buğdanın qiyməti ucuzlaşacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli 2024-2025-ci illər üçün buğdanın qiyməti ilə bağlı Dünya Bankının proqnozundan danışarkən deyib.
Ekspert dünya bazarında dənli bitkilər bazarının da ayrıca seqmentləri olduğunu xatırladıb:
"Bu seqmentlər həm bölgələr, həm də keyfiyyətə görə dəyişir. Dünya Bankının hesabatı ortalama hesabatdır. Əslində Azərbaycana idxal olunan buğdanın qiyməti heç də 2023-cü ildə 340 dollar olmayıb. Ortalama 2023-cü ildə Azərbaycana idxal olunan buğdanın qiyməti 240-250 dollar arasında dəyişir. Hazırda ortalama qiymət bu ilin birinci rübündə olduğu kimi 240 dollardır. Dünya Bankının hesabatındakı böyük rəqəmlər onunla bağlıdır ki, Avropa bazarında buğdanın qiyməti bahadır".
Akif Nəsirli Azərbaycana buğdanın Rusiyadan idxal olunduğunu vurğulayıb:
"Rusiyada hazırda buğdanın ixrac qiyməti 240 dollardır. Dünya bankının proqnozlaşdırdığı qiymətdən bizim aldığımız buğdanın tonu 100 dollarda ucuzdur. Qarşıdakı aylarda da buğdanın qiymətinin bir az da aşağı düşəcəyi gözlənilir. Bu 2020-2022-ci ildən sonra Ukrayna-Rusiya müharibəsindən sonra yaranan ajiortajla bağlıdır. Bu il dənli bitkilərin istehsalı 120 milyon, buğda istehsalı isə 30 milyondan 60 milyon tona qalxıb. Digər ölkələr də onun kimi".
Akif Nəsirlinin sözlərinə görə, Rusiya ildən-ilə buğda istehsalını artırır:
"Rusiyanın satdığı buğdanın qiyməti ucuzdur. Hələ bu mövsümdə buğdanın qiyməti bir qədər də ucuzlaşacaq".
Qeyd edək ki, Dünya Bankı (DB) 2024-2025-ci illər üçün buğdanın qiyməti üzrə proqnozunu açıqlayıb. Hesabata əsasən, 2024-cü ildə 1 ton buğdanın qiyməti 290 dollar təşkil edəcək, bu da öncəki proqnoz göstəricisindən 45 dollar azdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay