Taleh Qaraşov onu birinci müavin təyin etdi - Aqil Dadaşov isə müavin oldu
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birinci müavin təyin edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, icra başçısı Taleh Qaraşovun müaviq əmri ilə Başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mikayıl Babək oğlu Cəfərzadə vəzifəsindən azad edilib.
Digər əmrlə Mikayıl Cəfərzadə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub.
İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdrılması şöbəsinin müdir müavini Aqil İlqar oğlu Dadaşov isə vəzifəsindən azad edilərək, Başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri təyin olunub.
Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun birinci müavini Möhübbət Babayev bu ilin fevral ayında vəzifəsindən azad olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay