Qida
03.03.2024 / 21:29
Bazarlarda 200-250 manata olan meyvələr – sağlamlığa ziyandırmı?
43551
Bazarlarda çiyələk, gilas və digər bu kimi qeyri-mövsümi meyvələrin qiymətləri xeyli yüksəkdir.
Valyuta.az Xəzər TV-yə istinadən xəbər verir ki, kiloqramı 200-250 manata olan meyvələrin alıcısı da kifayət qədərdir.
Bəs bu meyvələrin insan orqanizmi üçün hansısa zərərləri ola bilərmi?
Satıcıların sözlərinə görə, mövsümi olmayan çiyələk, alça, gilas, qarpız kimi meyvələr baha olsa belə, kifayət qədər alıcısı var.
Qida mütəxəssisləri isə qeyd edir ki, qeyri-mövsümi meyvələr süni yolla yetişdirilir. Bu da insan sağlamlığı üçün zərərlidir.
Satıcılar bildirir ki, bu meyvələr ölkəyə Türkiyə, İran, İraq, Avstraliya və Yeni Zelandiyadan idxal olunur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialdan tanış ola bilərsiniz
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay