Qida
02.02.2024 / 10:44
Azərbaycan xaricə yağ satışını 3 min ton azaldıb
41580
Keçən il Azərbaycan xarici ölkələrə 13 min 197 ton bitki, heyvan mәnşәli piylәr vә yağlar satıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsuldan 21 milyon 729 min ABŞ dolları pul əldə olunub.
Bu rəqəm 2022-ci illə müqayisədə miqdar ifadəsi ilə üç min ton (18.5%), dəyər ifadəsi ilə 8 milyon 842 min ABŞ dolları (29%) azdır.
2022-ci ildə bu rəqəm 16 min 206 ton miqdarında, 30 milyon 572 min ABŞ dolları dəyərində olub.
Qeyd edək ki, ötən il ixrac olunan bitki və heyvan mənşəli piylər və yağlar ümumi ixracın 0.06 faizini, qeyri-neft sektoru üzrə ixracın 0.65 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay