Qida
23.01.2024 / 14:15
Dünya Bankı: Ötən ay Azərbaycanda ərzaq inflyasiyası 0.9% olub
40965
Ötən ilin dekabrında Azərbaycanda ərzaq inflyasiyası 0.9 faiz olub.
Valyuta.az-ın xəbərinə görə bu barədə Dünya Bankının hesabatında qeyd olunub.
Hesabatda, Azərbaycanın ötən ildən cari ilin 31 dekabrınadək soğanla bağlı ixrac qadağasının olduğu xüsusi olaraq qeyd olunub.
Qeyd edək ki, ötən il martın 2-dən Azərbaycanda soğan ixracına müvəqqəti qadağa qoyulub.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,5 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 2,1 faiz artıb.
©APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay