Şaxta babanın "saxta" hədiyyə qutusu - Hədiyyə qutuları niyə təhlükəlidir?
Qida mütəxəssisi Fərid Səfərov yazır...
Son bir həftədə demək olar ki, əksər marketlərin girişində qalaq-qalaq yığılan Yeni il üçün hədiyyə qutuları ilə rastlaşıram və mən bu barədə yazmağa məcburam.
Hədiyyə qutuları niyə təhlükəlidir?
Hədiyyə qutularının içərisinə ucuz və keyfiyyətsiz şirniyyat və şokoladlar qoyulur (uşaqların xoşladıqları).
Ancaq sağlamlığa faydasına və qida dəyərinə baxsaq, heç nə, apar tulla! Bu qidalar "Junk food" qidalara aiddir.
Ucuz və keyfiyyətsiz şirniyyat və şokoladlar uşaqlarda metobolizmin zəifləməsi, piylənmə, mədə-bağırsaq, allergik və s. xəstəlikləri yaradır.
Qutularda həm də çox kiçik, amma çox vacib nüans var və əksəriyyət buna diqqət etmir. Qutuların üzərində qeyd olunan tarix qutunun qablaşma tarixidir və içindəki məhsula heç bir aidiyyatı yoxdur!
Almaq məcburiyyətində qalsanız, təklif edirəm ki, hədiyyəni özünüz hazırlayasınız. Məhsulların istehsal tarixinə baxmağınız tövsiyə olunandır!
Sağlam qidalanaraq sağlam yaşayın!
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay