Qida
18.10.2023 / 14:16
Azərbaycanda duru bitki yağlarının istehsalı 25%-dək aşağı düşüb
34765
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 27 846,4 ton duru bitki yağı istehsal edilib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə duru bitki yağlarının istehsalı 24,5% və ya 9 012 ton artıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 36 858,4 ton təşkil edib.
01.10.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 3 351,5 ton təşkil edib.
Hazır məhsul ehtiyatı illik müqayisədə 3150,3 ton və ya 48,5% azalıb.
01.10.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 6 501,8 ton təşkil edib.
© FED
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay