Qida
09.08.2023 / 20:28
Bakıda satılan gilas hansı ölkədən gətirilir?
31296
Avqust ayının birinci ongünlüyündə Bakının bazar və market şəbəkələrində satışa çıxarılan gilas bütün şəhər sakinlərinin diqqətini cəlb edir. Alıcıların isə cavab axtardığı bir sual var: Görəsən, avqust ayında piştaxtalarda göz oxşayan bu meyvə Azərbaycana harada gətirilir?
Valyuta.az olaraq bu sualın cavabını Bakının iri bazarlarda axtardıq.
“Yaşıl bazar” fəaliyyət göstərən satıcıların sözlərinə görə, hazırda satışda olan gilas qonşu Türkiyədən gətirilib:
“Hazırda gilasın bir kilosunun qiyməti 5 manata satılır. Topdansatış qiyməti isə fərqlidir. Çünki bu gilasın keyfiyyətindən və növündən asılıdır. Avqustun sonlarına kimi bazarlardan gilas almaq olacaq. Bu gilas yerli məhsuldan dadına və rənginə görə fərqlənir”.
Aylin
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay