Bazarda albalı kəskin bahalaşdı (SƏBƏB)
Bazarlarda albalının qiyməti kəskin şəkidə artıb.
Valyuta.az xəbər verir ki, iyunun əvvəlində bir kilosu 2-2,50 manata təklif olunan albalı hazırda 4-5,50 qəpik arasında satılır. Satıçılar bunun səbəbini məhsul azlığı və topdansatış bazarlarında qiymətin baha olması əlaqələndirir.
Satıçılar hazırda bazarda satılan və qiyməti baha olan albalının İrandan gətirildiyini bildiriblər. Onlar deyir ki, İrandan gələn albalının dənələri iri, özü isə keyfiyyətsizdir.
İqtisadçı ekspert Vahid Məhərrəmov Valyuta.az-a açıqlamasında bildirib ki, Azərbaycanda albalı çox az istehsal olunur:
“Az istehsal oldundundan İrandan, Türkiyədən gətirilir. Gilas ucuzdur, hər qiymətə var, istehsalı çoxdur. Amma albalı satışı ilə məşğul olan sahibkarlar, xüsusən də topdansatış bazarında vəziyyətdən istifadə edirlər”.
Ekspert bildirib ki, Azərbaycanda hər bir evdə albalıya təlabat var:
“Hamı mürəbbə, kampot hazırlayır. İstehsal artsa qiymət də düşəcək. Amma bu bir yaxud da iki ilin işi deyil”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay