BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
24053

“Dominos Pizza”da işçilərin əmək hüquqları pozulur. 

Bu barədə Qaynarinfo-ya şirkətin keçmiş əməkdaşı N.Q. (öz xahişi ilə adını tam yazmırıq) bildirib. Onun sözlərinə görə, özü də şirkətdə çalışarkən haqsızlığa məruz qalıb:

“Mən “Dominos Pizza”da restoran müdiri olmuşam. Üzərimə düşən vəzifəni layiqincə yerinə yetirmişəm. Amma buna baxmayaraq, məni işdən çıxarmaq üçün müxtəlif üsullara əl atılıb. Bu vəzifədən başqa vəzifəyə keçiriblər, rentabelli olmayan nöqtələrə göndəriblər, kassaya əlavə pul qoyublar ki, məni maxinasiyada ittiham etsinlər. Halbuki özləri maliyyə maxinasiyaları ilə məşğuldur. İkili müsahibatla çalışırlar. Məsələn, mən əmək haqqımın yarısını kartla, yəni rəsmi olaraq, yerdə qalan hissəsini isə nağd şəkildə almışam. Bu, vergidən yayınmaq belə edilib”.

Şikayətçinin sözlərinə görə, ona qarşı haqsızlığın əsas səbəbi idarəetmədən narazılıq etməsi ilə bağlı olub: 

“Təsəvvür edin, məni Nərimanovun heykəlinin yaxınlığındakı fililala keçirdilər və orada çox incitdilər. Yemək vaxtını belə bilmirdim. Yəni, imkan verilmirdi. Mən də narazılıq etdim. Rəhbərliyə bildirdim ki, azyaşlı uşaqlarım var, səbəbsiz yerə 3 marşrut dəyişib uzaq yerə getməyim. Bilirsiniz nə cavab verdilər? Dedilər ki, biz insanlığa dəyər vermirik, bizi maraqlandıran biznesdir. “Dominos”un işçiləri ilə az qala qul kimi rəftar kimi edirlər. İşçilərin haqqına girirlər. Artıq işlədirlər, amma buna görə pul vermilər. Xüsusilə, İnsan resursları şöbəsinin müdiri Səmimə Səlimova - biz onu Sima xanım çağırırıq - kobudluq edir. Məhz onun səyləri nəticəsində mən əmək haqqımı tam ala bilmədim. Həmçinin ərazi müdiri Rafiq Qəmbərovun da adını çəkə bilərəm. “Bizim arxa-dayağımız var” deyib narazılıq edən işçiləri hədələyir”. 

Şirkətin İnsan resursları şöbəsinin müdiri Səmimə Səlimova isə Qaynarinfo-ya açıqlamasında şikayətçinin iddialarının əsassız olduğunu bildirib: 

“Əgər şirkətdə işçilərə qarşı kobud davranış, qul kimi rəftar edilibsə, necə olub ki, bu xanım 2,5 il “Dominos”da işləyib? Hər hansı bir yerdə kimsə qul kimi işlədildiyini görsə yəqin ki, oranı tərk edər. Amma bu xanım 2,5 il işləyib”.

O, N.Q-nin iş yerinin dəyişdirilməsini belə izah edib: 

“Bu xanım problemli xanım idi. O mənada ki, bizim standartlara uyğun deyildi. Biz isə onu işdən çıxarmadıq. Digər şöbələrə yönləndirdik. O, isə şəxsi problemlərinə görə dedi ki, Sumqayıtdan gəlib işləmək istəmirəm. Amma biz bu halda da onu iş çıxarmadıq, şans verdik. Deyəsən bu xanımın xoşuna gəlmədi və ərizə yazıb işdən çıxdı. Biz onu dəfələrlə ofisə dəvət edib izah elədik. Amma nəticəsi olmadı”.

Səmimə Səlimova şikayətçinin əmək haqqının tam verilməməsi məsələsinə də toxunub: 

“Bu adam avqustun 27-də işdən çıxıb. Öz xahişi ilə çıxıb. Bizim qruplar var, orada da yazıb ki, avqustun 27-də işdən çıxıb. İndi bundan sonra özündən nəsə qurubsa, bu şirkətin təqsiri deyil. Bizdə bu məsələlər qanunla tənzimlənir”.

“Dominos”un keçmiş işçisi şirkətin indqrietləri yerli bazardan alması ilə redaksiyamıza fotolar göndərib. Onun sözlərinə görə, əslində məhsullar xaricdən alınmalıdır: 

“Bir müddət əvvəl mətbuatda Vətən müharibəsi veteranlarından birinin şikayəti dərc olunmuşdu. Qarabağ veteranı bildirirdi ki, "Dominos"dan “Pizza Kalipso” sifariş edib. Pizzanı yeyəndən sonra zəhərlənib. Şirkətin bununla bağlı açıqlaması məni təəcübləndirdi. İddia edilirdi ki, guya məhsullar xaricdən, ciddi şirkətlərdən alınır. Bəli, doğrudan da məhsullar "Banvit" firmasından alınmalıdır. Amma mən sizə fotolar təqdim edirəm, özünüz baxın və şahidi olun ki, məhsullar əsasən yerli bazardan alınır. Bəzi hallarda tullantılardan istifadə edilir”.

Səmimə Səlimova bu iddianı qismən təsdiq edib. O, bildirib ki, məhsulların yalnız 10 faizi yerli bazardan alınır: 

“Biz şirkət olaraq elan etməmişik ki, biz bu məhsulu xaricdən alırıq. Amma özümüz daxildə bilirik ki, məhsulların 90 faizi xaricdən gəlir. 10 faiz isə yerli bazardan alırıq. Bununla bağlı bizim sübutlarımız var. İdxal etdiyimiz məhsulların invoyslarını da sizə təqdim edə bilərik”.

Qeyd edək ki, "Dominos Pizza” ABŞ şirkətidir. Şirkətin təsisçiləri Tom və Ceyms Monaqan qardaşlarıdır. Şirkətin əsası 1960-cı ildə ABŞ-ın Miçiqan ştatında qoyulub. 

"Dominos Pizza”nın bir çox ölkələrdə, o cümlədən Azərbaycanda françayzı var. Şirkət Azərbaycanda 2014-cü ildə "Domino S” MMC adı altında qeydiyyatdan keçib. MMC-nin qanuni təmsilçisi Məniçöhr Əhədpur Xangah Əli oğludur.

Məniçöhr Əhədpurun adı bu günlərdə həbs edilən "Broker” MMC-nin sahibi Əbülfəz Məlikovla yanaşı çəkilir. İddialara görə, Əhədpurla Məlikovun ortaq biznesi var. Əhədpur həm də fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxs sayılır. Təsadüfi deyil ki, mediada Kəmaləddin Heydərovun biznes imperiyası barədə dərc edilən materiallarda "Domino S” MMC-nin adı nazirə məxsus şirkətlər arasında qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin