Qida
07.09.2022 / 10:07
Azərbaycanda daha bir qida məhsulunun qiyməti bahalaşdı (VİDEO)
23945
Son vaxtlar süd və süd məhsullarının qiymətində bahalaşma müşahidə edilir.
Valyuta.az xəbər verir ki, söhbət sənaye üsulu ilə hazırlanan ağartı məhsullarının qiymətlərindən gedir.
Alıcılar bildirirlər ki, sözügedən məhsulların qiyməti xeyli dəyişib.
Qiymətlərdə artım olduğunu satıcılar da təsdiqləyir. Lakin onların sözlərinə görə, qiymət artımı firmalarla əlaqəlidir.
Məsələ ilə əlaqədar bir neçə istehsalçı şirkət ilə əlaqə saxladıq. Bildirildi ki, qiymət artımının bir neçə səbəbi var. Bildirilir ki, xüsusən də pandemiyadan sonra xammalın qiyməti artıb. Həmçinin ölkə daxilində istehsal olunan xammalın qablaşdırılması üçün lazım olan əlavələr xaricdən baha alınır ki, bu da qiymət artımına təsir edən amillərdəndir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay