Bakıda “min bir dərdin dərmanı” ancaq varlılar üçün...
Azərbaycanda "min bir dərdin dərmanı" olan balın qiyməti fantastik dərəcədə qalxıb.
Qaynarinfo xəbər verir ki, əvvəllər balın bir kloqramının 1 kilosunun qiyməti 25-35 manat arasında satılırdısa, indi Bakı bazarlarında balın bir kloqramı 50-60 manat arasında satılır.
Satıcılar bunun səbəbini işğaldan azad olunan ərazilərdən gətirilən balla əlaqələndirib.
"Hazırda Kəlbəcər və Laçın yaylaqlarında bal saxlanılır. Kiçik sahibkarlar bizə həmin balın klosunu 50 manata verir. Kəlbəcər və Laçın yaylaqlarından gətirilən balları alıcılar 3 kiloluq bankalarla alır. 3 kloluq bankalarda isə bal 4 klodan çoxdur. Onun qiyməti isə 225 manatdır. Biz də bunun üstünə bəzən 5-10 manat əlavə edə bilərik. Amma yerdə qalan rayonlardan gətirilən ballar 30-35 manat arasında satılır”, deyə satıcılar əlavə edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay