Qida
13.07.2022 / 10:04
Quzu əti bahalaşdı (VİDEO)
22958
Azərbaycanda quzu əti bahalaşıb.
Hazırda bazarda qoyun ətinin 1 kiloqramı 7-8, quzu ətininki isə 15-16 manatdır. Bu da köhnə qiymətlərlə müqayisədə 2 manat artıqdır.
Bəs quzu ətinin baha olmasının səbəbi nədir?
Qəssablar deyirlər ki, bahalaşmaya əsas səbəblər heyvanların topdansatış qiymətinin qalması və onların əsas qidasını təşkil edən otun 2 dəfəyə qədər bahalaşmasıdır.
Digər səbəb isə xaricdən idxal olunan gübrələrin bahalaşmasıdır.
Ətraflı məlumat süjetdə:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay