BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
22740

Son 5 ay ərzində ölkəmizə 15 min tondan çox ət idxal olunub. Dövlət Gömrük Komitəsinin təqdim etdiyi hesabatda bu haqda məlumatlar öz əksini tapıb.

Məsələ ilə bağlı Xəzər TV-də yayımlanan “Xəbər ertəsi” verilişində maraqlı araşdırma efirə gedib.

Süjetdəki sorğuda iştirak edən respondentlərin əksəriyyəti yerli istehlakçıların məhsullarından istifadə etdiklərini bildiriblər:

“Çox vaxt marketlərdən ət almırıq, gözümüzün qarşısında kəsilən dananın ətindən almaq daha yaxşıdır”.

Xaricdən gətirilən ətin keyfiyyətinə və dadına etibar etməyən sorğu iştirakçıları isə bildiriblər ki, belə heyvanların saxlanma şəraitinə də diqqət yetirilməlidir.

Bəs idxal olunan əti kimlər alır və harada istifadə olunur? İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev deyir ki, ölkəmizə əsasən iribuynuzlu mal və toyuq əti idxal olunur. Bu məhsullar isə əsasən istehsalatda istifadə edilir:

“Xaricdən gətirilən ət məhsulları əsasən kolbasa, sosis və konservləşdirilmiş qidalarda istifadə olunur. Xərclərin aşağı salınması, eləcə də əhaliyə ucuz və keyfiyyətli məhsulların təqdim edilməsi istehsal prosesini həyata keçirən şirkətlərin başlıca məqsədlərindəndir”.

İqtisadçının sözlərinə görə, konservləşdirmə müəssisələri bu yolla məhsulun maya dəyərini 50 faizə qədər azalda bilirlər. Ruslan Atakişiyev bəzi ictimai iaşə obyektləri və dönərxanaların da bu üsuldan yararlandıqlarını istisna etmir.

Paytaxtdakı dönərxanaların birində fəaliyyət göstərən Cavid usta isə deyir ki, idxal olunan ətlər rənginin qaralığı və dadı ilə yerli məhsullardan seçilir:

“Buna görə də biz Buzovna qəsəbəsində yerləşən fermamızdan gələn ət məhsullarından istifadə edirik”.

Qeyd edək ki, Azərbaycana mal əti daha çox Belarus, Braziliya və Hindistandan, diri ev quşları isə Türkiyə, Rusiya və Gürcüstandan gətirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin